Gürcüstanda “omikron”a yoluxanların sayı artır

Dünya

03.01.2022 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

İlk yoluxma xaricdən gələn şəxslərdə aşkarlanıb

Gürcüstanda koronavirusun “omicron” ştamına 147 yoluxma halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzi məlumat yayıb.

Gürcüstanda “omikrona”a ilk iki yoluxma dekabrın 20-də təsdiqlənib. Hər ikisi ölkə xaricindən gələn şəxslərdə aşkarlanıb. Onlardan biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə daxil olub. Daha sonra virus onlarla ünsiyyətdə olan şəxslərin, demək olar, hamısında aşkarlanıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 943 yoluxma halı qeydə alınıb, 37 nəfər həyatını itirib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş