Gürcüstanda koronavirusdan ölənlərin sayı artıb

Dünya

24.12.2021 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Gündə 78 nəfər virusdan dünyasını dəyişib

Gürcüstanda son sutkada koronavirusdan ölənlərin sayı kəskin artıb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, bir gündə 78 nəfər virusdan dünyasını dəyişib.

Bu, dekabr ayında qeydə alınan ən yüksək göstəricidir. Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında verilən məlumata görə, hazırda ölkədə 1227 nəfər ağır koronavirus xəstəsi var. Onların da 308-i süni nəfəs aparatına qoşulub.

Məlumata görə, son sutkada ölkədə daha 1 976 nəfər koronavirusa yoluxub.

Bununla da, Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 920 617-yə, sağalanların sayı 876 254-ə, bu virusdan ölənlərin sayı isə 13 367-yə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş