Gürcüstan, Moldova və Serbiya Rusiya aktivlərindən Kiyevə transferini dəstəkləməyib

Dünya

28.06.2024 - 15:25

Həkimlər Klinikalar SEO Xidməti

Borrell: “Gürcüstan, Moldova və Serbiya Rusiyanın aktivlərindən gəlirlərin Kiyevə köçürülməsinə qarşıdır”

Avropa İttifaqına (Aİ) üzv olmağa namizəd ölkələr - Gürcüstan, Moldova və Serbiya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Kiyevə köçürülməsi qərarına qoşulmayıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrell bildirib.

“Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina Ukraynaya dəstək məqsədilə Aİ Şurasının 2024/14701 nömrəli Rusiya aktivlərindən əldə edilən gəlirlərin immobilizasiyası ilə bağlı qərarına qoşulublar”, - deyə diplomat qeyd edib.

Səkkiz namizəd ölkədən yalnız beşi qərarı dəstəkləyib. Avropa Azad Ticarət Zonasına üzv olan İslandiya, Norveç və Lixtenşteyn də bu qərara qoşulub.

Qeyd olunub ki, Aİ-yə üzv olmaq üçün namizədlər qəbul şərtlərinə görə Brüsselin bütün xarici siyasət qərarlarını dəstəkləməyə borcludurlar, baxmayaraq ki, bu qərarların qəbul edilməsinə heç bir təsir göstərmir.

Bundan əvvəl Avropa İttifaqı ölkələrinin liderləri Avropa institutlarında yüksək vəzifələrə təklif olunan namizədləri təsdiqləyiblər. Avropa diplomatiyasının rəhbəri vəzifəsini Estoniyanın Baş naziri Kaja Kallas tutacaq.

Müəllif: Ayna.az