Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb

Hadisə

23.01.2024 - 21:30

Ana və qızı dəm qazından boğularaq ölüb

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

AYNA "Report"a istinadən məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az