Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Göygöl rayonunun Yeni Qızılca kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, "Niva" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü R.Bağırov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.