Göygöldə 36 yaşlı qadın intihar edib

Hadisə

24.01.2024 - 20:32

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil

Göygöldə 36 yaşlı qadın intihar edib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Kifayət Sakit qızı evin damında özünü asıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az