Qəza zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetməni itirərək dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


