Meyitin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq
Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentləri aşkar edilib.
Bu barədə AYNA-ya Xocalı rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.