Zərərçəkmişin vəziyyətinin kafi olduğu bildirilir
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.
Kənd sakini, 1974-ci il təvəllüdlü Gülarə İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.