Gitanas Nauseda yenidən Litva Prezidenti seçilib

Dünya

27.05.2024 - 08:26

Hazırkı Prezident seçkilərin ikinci turunda 74,43 faiz səslə qalib gəlib

Litvanın hazırkı Prezidenti Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, onun rəqibi, Baş nazir İnqrida Simonyte 24,06 faiz səs toplayıb. Simonyte artıq məğlubiyyətini etiraf edib və Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik edib.

Litvanın milli radiosu LRT portalı bildirib ki, ikinci turda seçici fəallığı 49,6 faiz təşkil edib.

Mayın 12-də Litvada prezident seçkilərinin birinci turu keçirilib və bu turda Nauseda 44,19 faiz, Simonit isə 19,78 faiz səs toplayıb. İlk turda prezidentliyə ümumilikdə 8 namizəd mübarizə aparıb. Onların heç biri 50 faizə çatmadığından ikinci tur mayın 26-na təyin edilib.

Müəllif: Ayna.az