Giorgia Meloni İtaliyanın ilk qadın Baş naziri oldu

Dünya

22.10.2022 - 05:26

cedabet dərman SEO Xidməti

Yeni hökumət oktyabrın 22-də and içəcək

45 yaşlı Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri olub. AYNA xəbər verir ki, bu barədə İtaliya Prezident Administrasiyasının baş katibi Hüqo Zampetti bildirib .

“Prezident Giorgia Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi”, - deyə bildirib.

Belə ki, G.Meloninin sağ mərkəzçi “İtaliya qardaşları” partiyası təxminən 24,6% səs toplayıb.

Yeni hökumət oktyabrın 22-də and içəcək.

Qeyd edək ki, onun əsas rəqibi "Demokrat Partiyası" təxminən 19,4%, "5 Ulduz Hərəkatı" 16,5%, "Liqa partiyası" 8,5% və "İrəli İtaliya" 8% səs toplayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş