Gimnastlarımız beynəlxalq yarışda medallar qazanıblar

İdman

02.06.2024 - 21:08

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan gimnastları yarışda 9 medal qazanıblar

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə “Montenegro Cup”da uğurlu çıxış edib.

AYNA Apasport.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş