Gəncədə qadın qətlə yetirilib

Hadisə

13.03.2023 - 13:35

Baş Prokurorluq hadisə barədə məlumat yayıb

Baş Prokurorluq Gəncədə baş verən qətl hadisəsi barədə məlumat yayıb. Qurumdan AYNA-ya bildirilib ki, Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

“Təfərrüatlar barədə əlavə məlumat veriləcək”, - deyə Baş Prokurorluğun məlumatında vurğulanıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə