Əli Kərimlinin mühafizəçisi həbs edilib

Hadisə

11.09.2019 - 14:41

Ruslan Əmirlinin barəsində 30 sutka müddətinə həbs cəzası çıxarılıb

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli həbs edilib. AYNA xəbər verir ki, bu barədə “cəbhəçi”lər sosial şəbəkədə məlumat yayıblar.

Məluamat görə, Yasamal Rayon Məhkəməsi Əmirlinin barəsində 30 sutka müddətinə həbs cəzası verib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.

Müəllif: Ayna.az