Gəncədə qadın 60 yaşlı qadın bıçaqlanıb

Hadisə

24.10.2026 - 17:29

Əri şübhəli bilinir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş