Gəncədə bir gündə iki intihar hadisəsi

Hadisə

09.01.2022 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki faktla bağlı araşdırmalara başlanılıb

Gəncədə gün ərzində ikinci intihar hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı Vəliyev Cavid Faiq oğlu zirzəmidə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Xatırladaq ki, bundan öncə daha bir intihar hadisəsi şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş