Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Hadisə

03.03.2024 - 16:15

Xəstəxanada müalicə alan kişi özünü asaraq intihar edib

Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Abbas Səhhəd adına Xəstəxananın Nevrologiya və Terapiya Şöbəsində qeydə alınıb.

Həmin şöbədə müalicə alan Gədəbəy rayon sakini, 1960-cı il təvəllüdlü M.Mahmudov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az