Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

Hadisə

03.03.2024 - 20:11

Vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az