10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb
Bakı-Sumqayıt istiqaməti üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişinin daşınması üçün nəzərdə tutulub. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.
R.rüstəmovun sözlərinə görə, 10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb (“Stadler ” şirkəti ilə - red.) və növbəti ilin sonunda ilk qatarlar ölkəyə gətiriləcək: “Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər hissəsi isə respublikanın digər şəhər və rayonlarına sərnişin daşınması üçün nəzərdə tutulub”.