Gədəbəydə qəza olub, xəsarət alanlar var

Hadisə

10.02.2024 - 23:43

Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Gər-Gər kəndində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı Yaşar Əliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az