Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Hadisə

03.02.2024 - 22:26

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Gədəbəy rayonunda ağır avtomobil qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Vəliyev Anar Dilqəm oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun qızı, 2009-cü il təvəllüdlü Vəliyeva Rəfiqə, 1996-cı il təvəllüdlü Yusibov Elməddin və 2000-ci il təvəllüdlü Rafıkar Sərxan Telman oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar