Füzulidə silah-sursat aşkarlanıb

Xəbərlər

12.04.2023 - 11:30

cedabet dərman SEO Xidməti

5 pulemyot, 5 avtomat, bir qumbaraatan və...

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 5 pulemyot, 5 avtomat, bir qumbaraatan, bir faqot, bir snayper tüfəngi, bir əl qumbarası, 3968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş