Türkiyənin Vitse-prezidenti Azərbaycanın Baş nazirinə təşəkkür edib
Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.