Namizədlər arasında Makron da var
Fransa Konstitusiya Şurası apreldə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısını təsdiqləyib.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, yekun siyahıda 12 namizədin adı yer alıb.
Respublika Konstitusiya Şurasının sədri Laurent Fabius bildirib ki, ilkin siyahıda 65 nəfər Fransa Prezidenti postu uğrunda yarışmaq niyyətində olub. Lakin qaydalara əsasən, həmin namizədlər seçilmiş rəsmilərdən (parrainages) 500 səs toplamalı idilər və nəticədə yekun siyahıda cəmi 12 namizəd bu tələbi yerinə yetirə bilib.
Namizədlər arasında Fransanın hazırkı Prezidenti Emmanuel Makron da var.
Sorğulara əsasən, onun seçkilərin birinci raundunda 28% səs toplayacağı gözlənilir.
Seçkilərin ikinci raundunda isə seçicilərin yarıdan çoxunun onu dəstəkləyəcəyi ehtimal edilir.
Xatırladaq ki, Fransada prezident seçkiləri bu ilin aprel ayında keçiriləcək.