Sürücülər qazın qiymətinin də 400 faiz artmasından şikayətlənirlər
Fransada yanacağın qiyməti kəskin bahalaşıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 2 avronu ötüb.
Xəbərdə qeyd edilir ki, Ukraynada müharibə ölkədə bütün yanacaq növlərinin qiymətinin son dərəcə bahalaşmasına səbəb olub. Artıq yanacaqdoldurma məntəqələrində dizelin qiyməti ölkədə ilk dəfə ən yüksək həddə - 1,60 avroya çatıb.
Yük maşınlarının sürücüləri həmçinin qazın qiymətinin 400 faiz artmasından şikayətlənirlər.