“Formula 1” Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

İdman

02.01.2025 - 21:20

Həkimlər Klinikalar SEO Xidməti

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb. AYNA FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.

Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş