Tramp görüşü “bir nəfərlik şou”ya çevirib
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla görüşdə cəmi 3 dəqiqə 50 saniyə, Amerika lideri isə 36 dəqiqə danışıb. AYNA.AZ xəbər verir ki, danışıqların təfərrüatlarını “Focus Online” açıqlayıb.
Bildirilib ki, Tramp görüşü “bir nəfərlik şou”ya çevirib. Öz növbəsində Merz nəinki dörd dəqiqədən az danışıb, həm də Amerika mediası üçün maraqlı olmayıb.