İnsident nəticəsində ölən və ya zərərçəkənlər barədə məlumat verilməyib
ABŞ-nin Florida ştatındakı Sent-Pitersberq-Kliruoter Beynəlxalq Hava Limanı bomba təhlükəsi xəbəri yayıldıqdan sonra bağlanıb və sərnişinlər təxliyə edilib.
AYNA.AZ xəbər verir ki, bu barədə yerli polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə cümə günü axşam saatlarında baş verib. Qeyd olunur ki, "Allegiant" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri bomba təhlükəsindən sonra təxliyə edilib.
Telekanal Florida ştatının Pinellas qraflığının polis idarəsinə istinadən xəbər verir ki, "Sent-Pit-Kliruoter hava limanında “Allegiant” təyyarəsinin göyərtəsində olan sərnişinlər cümə günü axşam saatlarında polis bomba təhlükəsi ilə bağlı araşdırma apararkən təxliyə edilib.
Hakimiyyət orqanları insident nəticəsində ölən və ya zərərçəkənlər barədə məlumat verməyib. Telekanal hadisənin digər təfərrüatlarını açıqlamır.
Federal Aviasiya Administrasiyası təsdiqləyib ki, “Allegiant” təyyarəsi ilə uçan sərnişinlər təhlükəsizlik təhlükəsi səbəbindən Sent-Pitersberq-Kliruoter hava limanından təhlükəsiz şəkildə eniblər.
Hava limanı yerli polisin araşdırması fonunda bağlanıb.