Finlandiyadakı yeganə Lenin muzeyi bağlanacaq

Dünya

23.04.2024 - 14:49

“Sovet İttifaqının dağılması ilə tarix bitməyib və biz keçmişin əsiri olaraq qalmaq istəmirik”

Bu il noyabrın 3-də Finlandiyanın Tampere şəhərində proletariatın lideri Vladimir Leninin yeganə muzeyi bağlanacaq və onun yerində Rusiya və Finlandiya münasibətlərinin tarixindən bəhs edən muzey yaradılacaq. AYNA xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.

“Sovet İttifaqının dağılması ilə tarix bitməyib və biz keçmişin əsiri olaraq qalmaq istəmirik. Köhnə ad artıq sərgimizin məzmununa uyğun gəlmir, ictimaiyyəti çaşdırır və anlaşılmazlığa səbəb olur”, deyə muzey rəhbəri Kalle Kallion bildirib.

Onun yerində Rusiyanın nəzərdə tutulduğu “Nutti” Şərqlə əlaqələr muzeyinin yaradılması gözlənilir. Muzeydə 1917-ci il inqilabları dövründən Finlandiyanın NATO-ya daxil olmasına qədər ruslar və finlər arasında transsərhəd münasibətlərinə aid materiallar sərgilənəcək.

Kallio əlavə edib ki, bu, yalnız muzeyin qərarıdır və beynəlxalq kontekstdə baş verən dəyişiklik və fin vətəndaşlarının seçimləri ilə əlaqədar qəbul edilib.

Finlandiyada Lenin Muzeyi 1946-cı ildə Tamperedə İkinci Dünya müharibəsinin bitməsi və Moskva ilə Helsinki arasında münasibətlərin yaxşılaşması fonunda yaradılıb. Sərginin yeri kimi bu şəhərdə “Fəhlə Evi”nin seçilməsi onunla əlaqədar olub ki, 1905-ci ildə Leninin SSRİ-nin gələcək lideri İosif Stalinlə ilk dəfə orada görüşü keçirilib. Sonradan muzey Nikita Xruşşov, Leonid Brejnev və Yuri Qaqarinin ziyarət etdiyi iki ölkə arasında əlaqələrin mərkəzi yerlərindən birinə çevrilib.

2022-ci ilin iyununda Finlandiya hakimiyyəti NATO-ya üzv olmaq planlarına görə Kotka şəhərindəki Leninin abidəsini sökmək qərarına gəlib. Finlandiya hakimiyyəti onu küçədən muzeyə köçürmək qərarına gəlib.

Müəllif: Ayna.az