“Təəssüf ki, şərq sərhədinin təhlükə qiymətləndirməsi dəyişməz olaraq qalır, buna görə də biz sərhədi aça bilmirik”
“Finlandiya Rusiya ilə sərhədini bağlı saxlayacaq. Çünki şərqdən gələn təhlükənin qiymətləndirilməsi dəyişməz qalır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Finlandiyanın Baş naziri Petteri Orpo partiya liderləri və parlament fraksiya liderləri ilə məsələni müzakirə etdikdən sonra jurnalistlərə bildirib.
“Təəssüf ki, şərq sərhədinin təhlükə qiymətləndirməsi dəyişməz olaraq qalır, buna görə də biz sərhədi aça bilmirik”, - deyə Baş nazir vurğulayıb.
Baş nazir Rusiyanın Baltik dənizində əsas problem adlandırdığı “kölgə donanması”ndan da danışıb. Orpo əlavə edib ki, Avropa İttifaqı NATO ilə birlikdə buna qarşı çıxmağın yollarını axtarır.