80 min insanın təbii fəlakətdən zərər çəkdiyi bildirilib
Filippində “Rai” qasırğasının yaratdığı fəlakətdə ölənlərin sayı 121-ə yüksəlib. AYNA xarici mediaya istinadən bildirir ki, sürəti saatda 195 kilometrə çatan külək bir çox bölgədə elektrik enerjisinin kəsilməsinə və ciddi dağıntılara səbəb olub.
Bohol şəhərinin qubernatoru Artur Yap bildirib ki, təkcə bu şəhərdə 49 nəfər həyatını itirib, 10 nəfərsə itkin düşüb.
Bütövlükdə, 780 min insanın təbii fəlakətdən zərər çəkdiyi bildirilib.