FHN zəlzələ ilə bağlı açıqlama yayıb

Xəbərlər

20.11.2021 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən yeraltı təkanlar barədə məlumat yayıb.

AYNA xəbər verir ki, məlumatda deyilir:

“Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş