FHN-in xilasediciləri Türkiyədə 51 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

Xəbərlər

12.02.2023 - 11:32

cedabet dərman SEO Xidməti

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

FHN-dən AYNA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş