FED uçot dərəcəsini artırıb

Dünya

02.02.2023 - 00:29

Uçot dərəcəsi ilə bağlı yeni qərar qəbul edilib

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb. AYNA xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb.

"Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,50-4,75%-ə yüksəltmək qərarına gəlib", - Komitənin mesajında ​​deyilir.

Komitənin bütün üzvləri qərarın lehinə səs veriblər. Eyni zamanda, FED hesab edir ki, pul siyasətinin məqsədlərinə nail olmaq üçün hədəf faiz bandının davamlı artırılması məqsədəuyğun olacaq.

Qeyd edək ki, FED 2022-ci ildə uçot dərəcəsini yeddi dəfə artırıb.

Müəllif: Ayna.az