Estoniya Rusiyanın hücumuna qarşı tədbir görür

Dünya

11.02.2024 - 19:17

Müdafiə naziri: “Bütün müttəfiqlər Rusiyanın hücumuna hazırlaşmalıdırlar”

Estoniya Rusiyanın mümkün hücumuna hazırlaşmağa davam edəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Baltikyanı ölkənin Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur Rusiya Prezidenti Vladimir Putinin qitə, o cümlədən Baltikyanı ölkələrə heç bir ərazi iddiasının olmaması fikrini şərh edərkən deyib.

“Biz planlarımızı Putinin jurnalistə müsahibə verdiyi üçün dəyişməyəcəyik. Hazırda hazırlığımızı artırırıq. Hər kəs bunu etməlidir. Təkcə Estoniyada deyil, bütün başqa ölkələr də. Bu, sülh dövründə edə biləcəyimiz bir şeydir”, - deyə nazir əlavə edib.

Beləliklə, Pevkur təsdiqlədi ki, Tallin müdafiə xəttinin yaradılması ideyasından əl çəkməyəcək, o cümlədən, Rusiya ilə sərhəddə 600 bunkerin tikintisini nəzərdə tutur. Estoniya əlavə texnika, silah və sursat almağı da planlaşdırır.

Müəllif: Ayna.az