Əsir düşən əsgərlərlə bağlı yeni məlumat - RƏSMİ

Xəbərlər

13.04.2023 - 11:38

cedabet dərman SEO Xidməti

Ordumuzun itkin düşmüş əsgərləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Dövlət Komissiyasından AYNA-ya bildirilib ki, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş