Ermənistan ordusu sərhəddə törətdiyi silahlı təxribat nəticəsində dörd hərbçisini itirib
Ermənistan ordusu Azərbaycanla sərhəddə törətdiyi silahlı təxribat nəticəsində dörd hərbçisini itirib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, Azərbaycan Ordusu Ermənistanın 4 hərbçisini məhv edib, bir hərbçisini isə yaralayıb.
Ermənistan mediası məhv edilən hərbçilərinin ikisinin adını açıqlayıb. Bunlar Andranik Antonyan və Arsen Mkrtçyandır.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülüb.