Ermənistanda dövlət çevrilişinə cəhd olub

Dünya

18.09.2024 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

7 nəfər barəsində cinayət işi başlanıb: onlardan 3-ü həbs edilib, 4-ü barəsində axtarış aparılır

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupun əməllərinin üstünü açıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir. İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı dindirilmələr nəticəsində 30-a yaxın yerdə axtarış aparılıb. 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

“Xüsusən də cinayətkar qrup döyüş növbətçiliyi üçün istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostov-na-Donuda, o cümlədən Arbat bazasında üç aylıq ödənişli təlim keçmək üçün cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir. Çağırışçılardan bəziləri çevrilişdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar”, - deyə məlumatda qeyd edilib.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış aparılır.

Bildirilib ki, istintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Müəllif: Ayna.az