“Ermənistan Qarabağda ekoterroru davam etdirməyə cəhd göstərir”

Xəbərlər

06.03.2023 - 15:58

cedabet dərman SEO Xidməti

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib

Bu gün Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib. AYNA xəbər verir ki, toplantıda TÜRKPA deputatları iştirak ediblər.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Azərbaycan torpaqları uzun illər erməni işğalı altında qalıb: “44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ermənilər bu işğal dövründə şəhərlərimiz, kəndlərimiz, mədəni irsimizlə yanaşı, ətraf mühitə də ziyan vurublar. Bu torpaqlarda böyük ekoloji terror həyata keçirilib. Torpaqlarımız azad edildikdən sonra da Qarabağ iqtisadi rayonunda Ermənistan ekoloji terroru davam etdirməyə cəhd göstərib”.

“Bilirsiniz ki, artıq uzun müddətdir bizim könüllülər, QHT-lər bu ekoloji terrora qarşı etiraz aksiyası keçirirlər. Onlar bu ekoloji terrora son qoyulmasını tələb edirlər. Mən hesab edirəm ki, TÜRKPA-ya üzv dövlətlər bugünkü iclasda ekoloji terrora qarşı fikrini, etirazını bildirməlidir. Bir ölkənin digər dövlətin ərazisində ekoloji terror törətməsi yolverilməz hal kimi qiymətləndirilməlidir”, - deyə Ə.Əmiraslanov qeyd edib.

İclasda “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra komissiyanın növbəti - 9-cu iclasının Qazaxıstanda keçirilməsi barədə qərar qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş