Ermənistan öz ərazisində KTMT missiyasını yerləşdirməyə hazırdır – Paşinyan açıqladı

Dünya

20.04.2023 - 13:12

cedabet dərman SEO Xidməti

“Bu həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir”

“KTMT missiyasını qəbul etməyə təkcə Rusiya deyil, Ermənistan da hazırdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bizim istəyimiz son missiyanın effektiv olmasıdır. Bu həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə işimizi davam etdiririk”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, KTMT və Aİ-nin missiyalarını müqayisə etmək olmaz: “Çünki KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri olduğu kimi, Ermənistanın da belə öhdəlikləri var”.

“Bizim KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, - Paşinyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş