Artak Davtyan uzun sürən xəstəlikdən sonra vəfat edib
Ermənistan müdafiə nazirinin keçmiş müavini, 5-ci çağırış Milli Assambleyanın deputatı Artak Davtyan ölüb. AYNA erməni mediasına istinadən bildirir ki, Davtyan uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə onun keçmiş həmkarı, həm də vaxtilə müdafiə nazirinin müavini postunu tutan Artak Zakaryan sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, 2009-cu ildən 2017-ci ilə qədər Davtyan Ermənistan Respublika Partiyasından deputat olub və 2017-ci ildə müdafiə nazirinin müavini təyin edilib. 2018-ci ilin “məxməri inqilab”ına qədər bu vəzifəni tutub.