Ermənistan Cilizə kəndini Gürcüstana qaytarmağa hazırlaşır?

Dünya

27.03.2024 - 13:21

Məsələ İrakli Kobaxidze ilə Nikol Paşinyan arasında müzakirə olunub

Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədlərin demarkasiyası işlərini gücləndirmək niyyətindədir. Belə ki, erməni tərəfi Cilizə kəndini (Lori rayonu) Gürcüstana qaytarmağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurt” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məsələ Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə erməni həmkarı Nikol Paşinyan arasında müzakirə olunub.

“Biz həmkarımla Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını müzakirə etdik”, - Ermənistanın Baş naziri gürcü həmkarı ilə görüşündən sonra deyib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin demarkasiyası məsələsini 1992-ci ildən müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərir. Lakin onlar çox passiv rejimdə işləyirlər.

Müəllif: Ayna.az