“Ermənistan başa düşməlidir ki, bunun çox ağır nəticələrini yaşayacaq” – XİN başçısı

Aktual

12.12.2021 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: “Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Qarabağ ətrafında gedən proseslərlə bağlı açıqlamalar verib. AYNA-nın xəbərinə görə, nazir bildirib ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır.

“Bu xəritələrin dəqiqlik faizi təxminə 25 faizdir. Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da çox artan acı faciələrin qarşısını ala bilərik”, - deyə C.Bayramov əlavə edib.

Nazir vurğulayıb ki, postmünaqişə dövründə Azərbaycan tərəfindən atılan konustruktiv addımlara baxmayaraq, Ermənistan tərəfindən hələ də bunların qarşılığının tam verilməsinin şahidi olmamışıq: “Üçtərəfli bəyanatların icrası ilə bağlı bir ildən artıqdır ki, işlər gedir. Artıq bir neçə müddəalar yerinə yetirilib. Bəzilərinin yerinə yetirilməsi hələ də müzakirə olunur. Təbii ki, ləngimələr var”.

Xarici işlər naziri Ermənistan - Azərbaycan dövlət sərhədində yaşanan son gərginliklərə də münasibət bildirib: “Sərhədlərdə gərginliklərin yaşanmamasının yeganə yolu delimitasiya prosesinə başlanılmasıdır. Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib. Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”.

“Siz də yəqin müşahidə edirsiniz ki, Ermənistan adətən elan edilmiş danışıqlar və tarixlər öncəsi təxribatlarını daha da intensivləşdirir. Bu, təsadüfi hal deyil. Bu, Ermənistanın siyasi rəhbərliyini təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir”, - nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş