“Düşmənin atacağı raket Bakıya da düşə bilərdi” - <font color=red> GENERAL</font>

Aktual

14.10.2020 - 16:50

General: “Ermənistan Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”

 

“Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”. AYNA-nın xəbərinə görə, bu sözləri Hərbi-İnformasiya Mərkəzinin  brifinqində Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev deyib.

 

General qeyd edib ki, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi: “O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

Müəllif: Ayna.az