Erməni nazirdən Ankarada bəyanat: “İrəvan hazırdır”

Dünya

15.02.2023 - 16:42

cedabet dərman SEO Xidməti

Ararat Mirzoyan: “Ermənistan-Türkiyə sərhədində humanitar yüklərin keçirilməsi üçün keçid məntəqəsinin açılmasını tarixi hadisədir”

Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və iki dövlət arasında sərhədlərin açılmasına hazırdır. AYNA xəbər verir ki, bu barədə Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Təbii ki, Ankarada bugünkü görüş dağıdıcı zəlzələ ilə bağlıdır, lakin bu, Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına tam hazır olduğunu və istəyini təsdiqləyir”, - deyə Mirzoyan vurğulayıb.

Ermənistanın XİN başçısı 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədinin açılmasını, Adıyamana humanitar yardım göndərilməsini simvolik adlandırıb: “Ermənistan-Türkiyə sərhədində humanitar yüklərin keçirilməsi üçün keçid məntəqəsinin açılmasını tarixi hadisədir”.

“1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsi erməni xalqının tarixində ən ağır səhifələrdən biri olub və bu gün Türkiyədə minlərlə ailənin ağrısı Ermənistana yad deyil. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət humanitar böhranlara biganə qalmamalıdır. Məhz bu prinsip əsasında Ermənistan hökuməti zəlzələdən dərhal sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərmək qərarına gəlib”, - Mirzoyan çıxışında qeyd edib.

Nazir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna xoş sözlərə və erməni xilasedicilərin və bütövlükdə erməni tərəfinin əməyinə verilən yüksək qiymətə görə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş