Ermənistan mediası Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirdiyini yazıb
Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində 3 silahlının məhv edildiyi, 8-inin yaralandığı bildirilir. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, antiterror əməliyyatı Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlayıb.
Xatırladaq ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.