Erməni əsgəri özünü güllələyib

Dünya

21.11.2021 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

Əsgər silahla davranış qaydalarını pozub

Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.

İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb.

Hadisə noyabrın 15-də baş versə də, əsgər bu gün hərbi hospitalda dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş