Aleksanyan hava limanında saxlanılıb və ondan Rusiyanı tərk etməsi tələb olunub
Erməni biznesmen, sabiq deputat Samvel Aleksanyan Rusiyaya buraxılmayıb. AYNA xəbər verir ki, bu barədə “24news.am” məlumat yayıb.
Bildirilib ki, Aleksanyan təxminən bir həftə əvvəl Rusiya Federasiyasına keçmək istəyərkən aeroportda saxlanılıb. Onu bir neçə saat hava limanında saxlayıblar, sonra Rusiyanı tərk etməsini tələb ediblər.
Bununla yanaşı, biznesmenin ailə üzvləri Rusiya sərhədini problemsiz keçiblər.
Saytın məlumatına görə, Rusiya tərəfi iş adamının Ruben Tatulyanla əlaqələrinə görə ölkəyə girişinə icazə verməyib. Qeyd olunur ki, Aleksanyan ailəsi ilə birlikdə Rusiyaya toya dəvət olunubmuş.
Qeyd edək ki, Soçidə bizneslə məşğul olan kriminal avtoritet Tatulyan yeni cinayət işi üzrə axtarışa verilib.