Ərkivanda ev yanıb

Hadisə

27.12.2021 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 15 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş