Ərdoğan Zelenski ilə telefonla danışıb

Dünya

06.01.2024 - 02:53

cedabet dərman SEO Xidməti

Regional və qlobal məsələləri müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. AYNA xəbər verir ki, telefon danışığı zamanı regional və qlobal məsələlər, xüsusilə Rusiya-Ukrayna qarşıdurması müzakirə edilib.

Ərdoğan Türkiyənin həm Rusiya-Ukrayna, həm də İsrail-Fələstin münaqişələrinin dayandırılması və daimi sülhün təmin edilməsi üçün çoxşaxəli səylərini davam etdirdiyini bildirib.

Türkiyə lideri ölkəsinin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu deyib.

Taxıl dəhlizinin canlandırılması və fəaliyyətə başlamasının vacibliyini vurğulayan Ərdoğan bu məqsədlə diplomatik səyləri davam etdirdiyini bildirib.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəsin təmin edilməsi və sülh qapısının açılmasının zəruriliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş